İran 1800 km-lik yeni ballistik raketini nümayiş etdirib  -VİDEO

İran 1800 km-lik yeni ballistik raketini nümayiş etdirib -VİDEO

İran Silahlı Qüvvələri "Müqəddəs Müdafiə" hərbi paradı çərçivəsində yeni ballistik raketini nümayiş etdirib.
 
İran İslam İnqilabı Keşikçilər Korpusunun (Sepah) Hava Qüvvələri komandanı Sərdar Hacızadənin sözlərinə görə “Xorrəmşəhr” adlı yeni ballistik raket 1800 km məsafəni qət ed və bu məsafədə başlıq da daşıya bilir.
 
İran Ordusunun Havadan Müdafiə Qüvvələrinin ərsəyə gətirdiyi bu yeni raketin eyni zamanda bir neçə başlıq daşıma qabiliyyətinə malik olduğu bildirilib. (islaminsesi) /

Google+ WhatsApp ok.ru