İran ABŞ vətəndaşlarına vizaların verilməsini dayandırır 01 Fevral 2017 02:00 Siyasət “İran ABŞ vətəndaşlarına vizaların verilməsi prosesini dayandıracaq”. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu İran xarici işlər naziri Məhəmməd Cavad Zərif fransalı həmkarı Jan-Mark Eyro ilə keçirdiyi birgə mətbuat konfransında deyib. Bununla belə, İran XİN rəhbəri istisnaların olacağını da bildirib: “Əgər istisnalar olsa, onlar XİN tərəfindən araşdırılacaq və müvafiq qərarlar qəbul ediləcək”. Tehranın müvafiq qərarı ABŞ prezidenti Donald Trampın imzaladığı fərmana cavab kimi dəyərləndirilir. Həmin fərmana əsasən, İran, İraq, Suriya, Sudan, Yəmən, Liviya və Somali vətəndaşlarının ABŞ-a girişi 90 gün müddətinə dayandırılıb. İran Donald Trampın fərmanına cavab olaraq ABŞ vətəndaşlarına viza verilməsini dayandıracaq. / Teqlər : #İran ABŞ vətəndaşlarına vizaların verilməsini dayandırır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Həsən Ruhani Rusiyaya gedəcək İran XİN rəhbəri: “Raket sınağı BMT TŞ-nin qətnaməsini pozmur”
‘Azərbaycanda ictimai-siyasi vəziyyət və müxalifətin vəzifələri’ mövzusunda dəyirmi masa keçirildi -Video