`İran Air` şirkətində rəhbər vəzifəyə ilk dəfə qadın təyin edilib

`İran Air` şirkətində rəhbər vəzifəyə ilk dəfə qadın təyin edilib

İranda milli aviasiya şirkəti “IranAir”inə rəhbər vəzifəyə ilk dəfə qadın təyin edilib.
 
Maide.Az xəbər verir ki, ölkənin yol və şəhərsalma naziri 44 yaşlı Mərziyyə Şərəfbafini İran Air şirkətinin rəhbəri vəzifəsinə təyin edib. 
 
M.Şərəfbafi pilot şəhadətnaməsinə sahibdir və aeronavtika sahəsində akademik dərəcəyə malikdir. Buna qədər isə o hava şirkətinin direktorlar şurasının üzvü olub.
 
Qeyd etmək lazımdır ki, şirkət 1940-cı ildə qurulub və bu günə qədər heç vaxt bir qadın ona başçılıq etməyib.

Google+ WhatsApp ok.ru