İran bir ayda Azərbaycan vasitəsilə 60 min ton mal ixrac edib

İran bir ayda Azərbaycan vasitəsilə 60 min ton mal ixrac edib

-- Astara vasitəsilə

İran bir ayda Azərbaycan vasitəsilə 60 min ton mal ixrac edib.
 
Maide.Az Trend-ə istinadən xəbər verir ki,  İran həmin ixracatı Astara vasitəsilə həyata keçirib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 154 faiz çoxdur.
 
İxracatın məbləği 32 milyon dollar qiymətləndirilir, bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 132 faiz artıq deməkdir. İxrac edilən məhsullar əsasən kənd təsərrüfatı malları, tikinti materialları, geyim məhsulları, kimyəvi, mineral maddələr və plastmas mallardır.
 
Qeyd edilir ki, həmin mallar Azərbaycana, eləcə də Azərbaycandan keçməklə Rusiya və Gürcüstana ixrac edilib.
 

Google+ WhatsApp ok.ru