İran prezident aparatının nümayəndəsi: “Azərbaycanla münasibətlər daha da inkişaf edəcək” 24 Aprel 2017 01:00 Siyasət “Azərbaycan və İran arasında əlaqələr yaxın gələcəkdə daha da inkişaf etdiriləcək”. Bunu açıqlamasında İran prezidenti Həsən Ruhaninin ofis direktorunun siyasi məsələlər üzrə müavini Həmid Abutalibi deyib. O bildirib ki, iki ölkənin əlaqələri hazırda yaxşı səviyyədədir: “Azərbaycan və İran arasında əlaqələr regionda misilsiz olmalıdır. Hazırda iki ölkənin bir-birinə yaxınlaşması ilə bu, baş verməkdədir. İran və Azərbaycan bir-birinə çox yaxındır”. H. Abutalibi qeyd edib ki, İran Azərbaycanla əlaqələrini inkişaf etdirməkdə maraqlıdır. O, tezliklə siyasi, iqtisadi, mədəniyyət və turizm sahələri üzrə münasibətlərdə pozitiv dəyişikliklər baş verəcəyini söyləyib. (apa) / Teqlər : #İran prezident aparatının nümayəndəsi: Azərbaycanla münasibətlər daha da inkişaf edəcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İranın iki nazir müavini Azərbaycana səfər edəcək Azərbaycanla bağlı korrupsiya ittihamının araşdırılması üçün ekspertlər təyin edilir
‘Azərbaycanda ictimai-siyasi vəziyyət və müxalifətin vəzifələri’ mövzusunda dəyirmi masa keçirildi -Video