İran Rusiyadan təyyarə alacaq

İran Rusiyadan təyyarə alacaq

Aleksandr Novak: “Biz İran tərəfinə “İl-114” tipli təyyarənin birgə istehsalını da təklif etmişik”
 
İran yaxın zamanlarda Rusiyadan 12 “Sukhoi Superjet 100” tipli təyyarə alacaq.
 
“Report” TASS-a istinadən xəbər verir ki, Rusiyanın energetika naziri Aleksandr Novak “Rossiya 24” telekanalına müsahibəsində bunu təsdiqləyib.
 
Nazir Rusiya təyyarələrinin İranda komplektləşdirliməsi məsələsini nəzərdən keçirməyə hazır oldqularını da vurğulayıb: “Biz İran tərəfinə “İl-114” tipli təyyarənin birgə istehsalını da təklif etmişik. Bizim şirkətlər iranlı tərəfdaşlarmızla birgə bu məsələyə dair konkret təklif və qərar üzərində işləyirlər”. /

Google+ WhatsApp ok.ru