İran Təhlükəsizlik Nazirliyi: `Təxribatçıların bəziləri həbs edilib`

İran Təhlükəsizlik Nazirliyi: `Təxribatçıların bəziləri həbs edilib`

-- ölkə ərazisində vəziyyət stabildir

Paytaxtda və digər şəhərlərdə baş verən gərginliklərə daha ciddi nəzarət edəcəyik. 
 
Maide.Az Iranın İLNA agentliyinə istinadən xəbər verir ki, bunu İranın daxili işlər nazirinin təhlükəsizlik məsələləri üzrə müavini  Hüseyn Zülfüqari deyib. 
 
H.Zülfüqari deyib ki,  təhlükəsizliyə dair araşdırmaların nəticəsinə görə, artıq bir ay idi ki, ölkədə baş verən toplantılarda  verilən şüarlar və toplantıda olanların yanaşmasının dəyişdiyinin şahidi olmuşduq. 
 
O deyib ki, etirazçılar iqtisadi problemlərlə əgər meydana çıxırdısa son vaxtlar iqtisadi problemlər deyil, siyasi məsələlərə doğru mövqelərini dəyişdilər.  “Bütün bu müddət ərzində polis sadəcə nəzarət edirdi. Lakin artıq İslam Sisteminin düşmənlərinin təhriki ilə iğtişaşçılar Məşhəddə  insanların malına ziyan vurdu,  etirazları  kiçik şəhərlərə çəkməyə çalışdılar, və  öz tərəfdarlarına gecələr mitinqlər etməyi tapşırdılar. Bundan sonra Paytaxtda və digər şəhərlərdə baş verən gərginliklərə daha ciddi nəzarət edəcəyik.” 
 
H.Zülfüqari deyib ki,  son gərginliklər zamanı həbs olunanların  90 faizdən çoxu  25 yaşdan aşağı yeniyetmə və gənclərdir. “Hazırda ölkə ərazisində vəziyyət stabilləşib.  Xalqın və ölkədə təhlükəsizliyi təmin edən qüvvələrin yardımı ilə  tezliklə  gərginliklər başa çatacaq və durum dahada yaxşılaşacaq.
 
İranın  İranın Təhlükəsizlik Nazirliyi  (Ettelaat)  məlumat yayaraq təxribatçıların bəzilərinin həbs olduğunu bildirib. 
 
Məlumatda qeyd olunub ki, son günlər baş verən  dinc toplantılar iğtişaşlarla nəticələnib.
 
“Bu gərginliklər zamanı ölkə vətəndaşlarına çoxlu ziyanlar dəyib. Təhlükəsizlik Nazirliyi tərəfindən son  hadisələrin təhrikedicilərindən, təxribatçılar və  iğtişaşçılardan bəziləri  müəyyən edilib və həbs olunub. Digər ünsürlərin də həbs olunması istiqamətində  işlər davam edir.  Tezliklə  onlara qarşı ciddi addımlar atılacaq”, məlumatda deyilir. 
 
İranın milli təhlükəsizlik ali şurasının katibi Əli Şəmxani  “almayadeen” kanalına müsahibəsində deyib ki,  sosial şəbəkələrdə İran əleyhinə kiber mesajlar , haştaqlar  ABŞ, Səudiyyə Ərəbistan və İngiltərədən idarə olunur.  
 
O qeyd edib ki, həmin ölkələr sosial şəbəkələrdə etiraz aksiyalarının keçirilməsi ilə bağlı aparılan kampaniyaya rəhbərlik edirlər:
 
 O vurğulayıb ki,  İnternetdə və kiberməkanda İrandakı durum barədə yayılan məlumatlar İran xalqına qarşı təbliğat müharibəsidir.

 

Google+ WhatsApp ok.ru