İran və İraq razılaşdı: Ərbəin ziyarətinə gediş-gəliş 4 sərhəd-keçid məntəqəsi vasitəsilə baş tutacaq

İran və İraq razılaşdı: Ərbəin ziyarətinə gediş-gəliş 4 sərhəd-keçid məntəqəsi vasitəsilə baş tutacaq

Dünyanın ən böyük toplantısı - ƏRBƏİN yürüşündə iştirak etmək üçün zəvvarlar yalnız 4 sərhəd-keçid məntəqəsi vasitəsilə  gediş-gəliş edə bilər. Bunu İranın Ərbəin  ziyarətinin təşkili üzrə mərkəzi qərargahın sözçüsü  Şəhriyar Heydəri deyib. 
 
Maide.Az xəbər verir ki, Ş.Hüseyni deyib ki, Ərbəin yürüşündə zəvvarların gediş-gəlişi yalnız İlam əyalətində Mehran,  Xuzestan əyalətində Şələmçə və Çəzabə və  Kirmanşah əyalətində  Xosrəvi sərhəd – keçid mətəqələri vasitəsilə həyata keçiriləcək. 
 
O deyib ki,  sərhədlərdə sıxlığın qarşısını almaq məqsədilə  ölkə ərazisində müxtəlif əyalətlərin sakinləri yaşadıqları coğrafi mövqeyə görə özlərinə yaxın sərhəd-keçid məntəqələrindən gediş-gəliş edə biləcəklər. 
 
Ş.Heydəri qeyd edib ki,  Mehran sərhəd-keçid məntəqəsi vasitəsilə yalnız  Tehran, Əlborz,  Qəzvin, Qum,  Mərkəzi,  Gilan, Mazandaran, Gülüstan, Lorestan, İlam və Həmədan əyalətlərinin sakinləri gediş-gəliş edə bilər. 
 
Onun sözlərinə görə,  Şərqi Azərbaycan, Qərbi Azərbaycan,  Ərdəbil,  Zəncan,  Kürdistan və Kirmanşah əyalətlərinin sakinləri Ərbəin yürüşündə iştirak etmək üçün yalnız  Xosrəvi sərhəd-keçid məntəqəsi vasitəsilə gediş-gəliş edə bilər. 
 
O qeyd edib ki,  digər əyalətlərin sakinləri isə  Çəzabə və Şələmçə sərhəd – keçid məntəqəsi vasitsəilə gediş-gəliş edəcək. 
 
Qeyd edək ki, Ərbəin ziyarəti yaxınlaşdıqca İran-İraq sərhədində də izdiham gedərək artır. Bundan öncə Ərbəin ziyarətinə gedən zəvvarlar Mehran, Şələmçə və Çəzabə sərhəd buraxılış məntəqələrindən gediş-gəliş edə bilirdi. 
 
Xatırladaq ki, hər il İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinin 40 mərasimi - Ərbəin münasibətilə milyonlarla müsəlman Kərbəla şəhərinə piyada yürüş edir. Ötən il 20 milyon insanın bu izdihamlı mərasimdə iştirak etdiyi bildirilir. Bu il Ərbəin miladi təqvim ilə 9  noyabr tarixinə təsadüf edir.
 

Google+ WhatsApp ok.ru