İran Xəzərə raket gəmisi gətirir

İran Xəzərə raket gəmisi gətirir

İran yaxın vaxtlarda Xəzər donanmasının tərkibinə yeni raketdaşıyıcı gəmi daxil etməyi planlaşdırır.

Maide.Az “azeridefence”a istinadən xəbər verir ki, bu barədə İran Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Həbibullah Səyyari bildirib.

“Sipər” adlı yeni raketdaşıyıcı gəminin donanmanın döyüş sıralarına qəbul ediləcəyi tarix barədə əlavə məlumat verilməyib.

Admiral İranın öz donanmasını ən müasir gəmilərlə və silahlarla təchiz etdiyini açıqlayıb. /

 

 

Google+ WhatsApp ok.ru