İrana səfər edən azərbaycanlıların sayı məlum olub 18 Avqust 2017 01:00 Siyasət Son üç ayda İslam ölkəsinə 360 min nəfərdən çox əcnəbi səfər edib İrana səfər edən xarici turistlərin ümumi sayı hicri şəmsi təqvimi ilə bu ilin I rübündə (21 mart-31 iyun) 360,2 min nəfər təşkil olub. Qeyd edilən dövrdə İrana turist axını əsasən İraq (246,7 min nəfər), Azərbaycan (227,5 min), Əfqanıstan (156,2 min) və Türkiyədən (133,4 min) müşahidə edilib. Eyni dövrdə, 1,98 mln. iranlı isə xarici ölkələrə səfər edib. Qeyd edək ki, İran cari ildə (2018-ci il martın 21-dək) 6,5 mln. turistin ölkəyə səfər edəcəyini proqnozlaşdırır. Bununla yanaşı, İran daxili turizmin də inkişafına böyük diqqət ayırır və ilin sonunadək bu istiqamət üzrə analoji rəqəmin 120 mln.-a çatdırmağı hədəfləyir. Ölkə 2025-ci ilə kimi ildə 20 mln. turist cəlb etməyi qarşısına məqsəd qoyub. Ötən il İrana 5,5 mln. səyahətçi səfər edib və bu, ölkə iqtisadiyyatına 8 mlrd. dollar qazandırıb. (report) / Teqlər : #İrana səfər edən azərbaycanlıların sayı məlum olub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Rəcəb Tayyib Ərdoğanın İrana səfərinin vaxtı açıqlandı Azərbaycan ilə Boliviya vizaların ləğvi barədə saziş imzalayıb
‘Azərbaycanda ictimai-siyasi vəziyyət və müxalifətin vəzifələri’ mövzusunda dəyirmi masa keçirildi -Video