İranda baş vermiş zəlzələdə 16 nəfər yaralanıb

İranda baş vermiş zəlzələdə 16 nəfər yaralanıb

Bu gün səhər İranın Həmədan əyalətinin Nəhavənd şəhərində 4,7 bal gücündə zəlzələ baş verib.
 
APA-nın Tehran bürosunun məlumatına görə, yeraltı təkanların episentri Nəhavənd şəhərinin 4 kilometrliyində yerləşən Kuhani kəndinə təsadüf edib və 2 km dərinlikdə olub.
 
Zəlzələ nəticəsində evlərdə çatlar əmələ gəlib. İnsanlar qorxaraq küçələrə axışıb. Müxtəlif səbəblərdən 16 nəfər yaralanıb və onlar xəstəxanaya yerləşdirilib.
 
Nəhavənd şəhərində bütün təhlükəsizlik qüvvələri və xilasedicilər hazırlıq vəziyyətinə gətirilib.

Google+ WhatsApp ok.ru