İranda baş vermiş zəlzələdə 42 nəfər yaralanıb -FOTO/VİDEO- YENİLƏNİB

İranda baş vermiş zəlzələdə 42 nəfər yaralanıb -FOTO/VİDEO- YENİLƏNİB

-- Zəlzələ 6,1 bal gücündə olub,dağıntılar var

(İlk xəbər 07:22-də dərc olunub) 
 
11:16
 
Xəbər verdiyimiz kimi, bu gün səhər İranın Kerman əyalətində 6,1 gücündə zəlzələ baş verib. 
 
Maide.Az “iribnews”-a istinadən xəbər verir ki,  Səhiyyə Nazirliyinin Kerman şəhəri üzrə  mərkəz elan edib ki,  baş vermiş zəlzələ nəticəsində 42 nəfər yaralanıb. 
 
Onlar  xəstəxanalarda abmbulator müayinə olunub və evə buraxılıblar.  
 
Məlumatda bildirilir ki, zəlzələ  Ravər, Kerman, Rəfsəncan və Zərənd şəhərlərində hiss olunub. 
 
Ravər şəhərinin ətrafında yerləşən kəndlərdə evlərə ziyan dəyib. Dağ uçqunu olduğu üçün, bir neçə kəndin şəhərlə əlaqəsi kəsilib. Bəzi yerlərdə elektrik enerjisi kəsilib. 
 
Qirmızı Aypara Cəmiyyəti və İran İslam İnqilabı Keşikçilər Korpusu (Sepah) qüvvələri zəlzələ bölgəsinə göndərilib.Xilasetmə işləri davam etdirilir.  Zəlzələnin vurduğu ziyanın aradan qaldırılması istiqamətində işlər görülür. 
 
Zəlzələ nəticəsində kəndlərə ziyan dəysədə, ölən olmadığı bildirilir. 
 
 
***
Iranın Kerman əyalətinin Ravər şəhərinin  Kuhsaran bölgəsində Hocedk qəsəbəsində güclü zəlzələ baş verib. 
 
Maide.Az “İribnews”-a istinadən xəbər verir ki,  zəlzələ yerli vaxtla saat 06:22  radələrində 6,1 bal gücündə baş verib.
 
Yeraltı təkanların episentri Hocedk qəsəbəsinin 37  kilometrliyində yerləşib. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.
 
Həmçinin  bu gün səhər Kerman əyalətində yerli vaxtla saat 06:13 –də 5,1 bal gücündə  və 06:19-da  4 bal gücündə daha iki zəlzələ baş verib.
 
İlkin məlumata görə,  Kuhsaran bölgəsində bəzi kənd və qəsəbələrdə  dağıntılar olub. Eləcədə məlumatda bildirilir ki, həmin bölgədə dağ uçqunu da baş verib. 
 
Hələlik ölən və yaralananlar barədə məlumat yoxdur. 
 
Qeyd edək ki, noyabr ayının əvvəlində İranın Kirmanşah əyalətində 7,3 bal gücündə zəlzələ baş vermişdi və zəlzələ nəticəsində 480-dan çox insan həyatını itirmiş və 8000 minə yaxın insan isə xəsarət almışdır.
 
 
 
 

Google+ WhatsApp ok.ru