İranda baş verən yol qəzasında 7 nəfər ölüb

İranda baş verən yol qəzasında 7 nəfər ölüb

İranda baş verən yol-nəqliyyat hadisəsində 7 nəfər ölüb.
 
Hadisə bu gün səhər Səbzivar-İsfərayen magistral yolunda baş verib. “Prayd” markalı avtomobil “Peykan” markalı avtomobillə toqquşub. Nəticədə avtomobillərin birində yanğın baş verib. Hadisə nəticəsində “Prayd” markalı avtomobildə olan 5 sərnişin və digər avtomobildə olan 2 sərnişin həyatını itirib.
 
Səbzivar şəhərinin 320 min əhalisi var və Məşhəd şəhərindən 230 kilometr qərbdə yerləşir. (apa) /

Google+ WhatsApp ok.ru