İranda bu gün keçirilən hərbi paradda yeni silah növləri təqdim edilir

İranda bu gün keçirilən hərbi paradda yeni silah növləri təqdim edilir

İranda `Müqəddəs Müdafiə` həftəsi münasibətilə bu gün hərbi parad keçirilir. 
 
Maide.İnfo "İSNA"a istinadla xəbər verir ki, Hərbi parad İmam Xomeyni (rə) məqbərəsinin qarşısında yerli vaxtla saat 8-də başlayıb.
 
Hərbi parad İran Silahlı Qüvvələrinin bütün bölmələri, "Sepah" korpusu, Quru Qoşunları və Hərbi Hava Qüvvələrinin iştirakı ilə keçirilir.
 
Parad paytaxt Tehranla yanaşı həmçinin İranın bütün şəhərlərində təşkil olunur. 
 
Məlumata əsasən, Parad Tehranda İslam İnqilabının banisi mərhum Ayətullah Xomeyninin məqbərəsi önündə təşkil olunur. Paradı İran prezidenti Həsən Ruhani, İranın yüksək hərbi və mülki rəsmiləri və Tehranda olan xarici nümayəndəliklərin hərbi ateşeləri izləyir. 
 
Paradda İranın hərbi sahədə əldə etdiyi yeni silahlar və son texnologiyalar nümayiş olunur.
 
Hər il İraqın İrana hücum etdiyi gün İranda "Müqəddəs müdafiə" həftəsi kimi qeyd olunur. Bu münasibətlə Tehran və başqa şəhərlərdə hərbi texnikanın nümayiş olunduğu hərbi paradlar keçirilir.
 
İran-İraq müharibəsi 1980-ci il sentyabrın 22-də İraq ordusunun İranın Xuzistan əyalətinə hücum etməsi ilə başlayıb. Müharibə 1988-ci il avqustun 20-də bağlanmış atəşkəs müqaviləsi ilə başa çatmış və hər iki dövlətin sərhədləri müharibədənəvvəlki vəziyyətdə qalıb.
 
Paradda İran prezidenti Həsən Ruhani çıxış edib. 
 

 

Google+ WhatsApp ok.ru