İranda hərbi parada hücum edən terrorçular 4 nəfər olub - FOTO/VİDEO - YENİLƏNİB 3

İranda hərbi parada hücum edən terrorçular 4 nəfər olub - FOTO/VİDEO - YENİLƏNİB 3

11:08
 
Maide.Az xəbər verir ki, Fars agnetliyi adını qeyd etmədiyi mənbəyə istinadla xəbər verir ki, parada atəş açan terrorçular 4 nəfər olub. Onlardan 2 nəfər öldürülüb, 1 nəfər yaralanıb və 1 nəfər həbs olunub. 
 
 
***
 
10:48
Maide.Az İSNA-a istinadla xəbər verir ki,  İran İslam İnqilabı Keşikçilər Korpusunun (Sepah) sözçüsü Ramazan Şərif deyib ki, terrorçular  Səudiyyə Ərəbistana bağlı "Əl-Əhvaziyyə" qruplaşmasının üzvləridir. 
 
O deyib ki, terrorçular həm paradı izləyən sivil insanlara və həmdə parad iştirakçılarına atəş açıb.  
 
***
10:40
 
Maide.Az xəbər verir ki, terrorçu qrup atəş açdıqdan sonra hadisən yerindən qaçıb. Hazırda onların həbsi istiqamətində əməliyyat keçirilir.  
 
Tasnim xəbər agentliyinin məlumatına görə, terrorçuların hücumu zamanı  paradı izləyən ölkə rəsmilərindən xəsarət alan olmayıb.   
 
Məlumata görə, naməlum şəxslər atəşi parad keçirilən əraziyə yaxın yerləşən parkdan açıblar. Ölən və yaralanan əsgərlərlə yanaşı, mülki şəxslərin də xəsarət aldıqları bildirilir.
 
Son məlumata görə, atəş açan şəxslərdən birinin zərərsizləşdirilib, digərilərinin isə hadisə yerindən qaçmağa müvəffəq olduqları qeyd edilir. Həmin şəxslərin axtarışları aparılır.
 
Yaralılar xəstəxanaya çatdırılır.
 
***
Bu gün  İranın Əhvaz şəhərində  keçirilən hərbi parad zamanı terror hadisəsi törədilib. 
 
Maide.Az İSNA-a istinadla xəbər verir ki,  silahlı şəxslər  hərbi parad keçirilən ərazidə əsgərlərə və insanlara atəş açıb.  
 
Hadisə nəticəsində ölən və yaralananların sayı barədə dəqiq məlumat yoxdur. 
 
Hücum edən şəxslərin hərbi geyimdə olduğu bildirilir. Silahlılar 10 dəqiqə ərzində parad iştirakçılarını atəşə tutub. Hadisə yerinə çox sayda təcili - tibbi yardım  avtomobillləri cəlb olunub. 
 
Qeyd edək ki, Əhvaz İran-İraq sərhəddinə yaxın ərazidə yerləşir. 
 
Xatırladaq ki, bir neçə gün öncə  İraqın Bəsrə şəhərində İran konsulluğuna hücum təşkil edilmişdi. 

Terrorçuların müəyyənləşdirilməsi istiqamətində zəruri tədbirlər aparılır. 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru