İranda `Müqəddəs Müdafiə` həftəsi münasibətilə bu gün hərbi parad keçirilir - FOTO 22 Sentyabr 2017 01:00 Dünya Hərbi parad İmam Xomeyni (rə) məqbərəsinin qarşısında yerli vaxtla saat 8-də başlayıb. Maide.İnfo xəbər verir ki, bu gün Məhərrəm ayının birinci günü və İmam Hüseyn (ə) matəminin başlanğıc hünü olduğu üçün hərbi paradın əvvəlində silahlı qüvvələrin şəxsi heyəti Aşura ziyarətindən bir hissəni oxuyub İmam Hüseynə (ə) əzadarlıq edib. Hərbi parad İran Silahlı Qüvvələrinin bütün bölmələri, "Sepah" korpusu, Quru Qoşunları və Hərbi Hava Qüvvələrinin iştirakı ilə keçirilir. Parad paytaxt Tehranla yanaşı həmçinin İranın bütün şəhərlərində təşkil olunur. Məlumata əsasən, Parad Tehranda İslam İnqilabının banisi mərhum Ayətullah Xomeyninin məqbərəsi önündə təşkil olunur. Paradı İran prezidenti Həsən Ruhani, İranın yüksək hərbi və mülki rəsmiləri və Tehranda olan xarici nümayəndəliklərin hərbi ateşeləri izləyir. Paradda İranın hərbi sahədə əldə etdiyi son texnologiyalar nümayiş olunur. Hər il İraqın İrana hücum etdiyi gün İranda "Müqəddəs müdafiə" həftəsi kimi qeyd olunur. Bu münasibətlə Tehran və başqa şəhərlərdə hərbi texnikanın nümayiş olunduğu hərbi paradlar keçirilir. İran-İraq müharibəsi 1980-ci il sentyabrın 22-də İraq ordusunun İranın Xuzistan əyalətinə hücum etməsi ilə başlayıb. Müharibə 1988-ci il avqustun 20-də bağlanmış atəşkəs müqaviləsi ilə başa çatmış və hər iki dövlətin sərhədləri müharibədənəvvəlki vəziyyətdə qalıb. Paradda İran prezidenti Həsən Ruhani çıxış edib. / Teqlər : #İranda `Müqəddəs Müdafiə` həftəsi münasibətilə bu gün hərbi parad keçirilir FOTO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Meksikada zəlzələdən sonra təxminən 200 nəfər itkin düşüb İranda və dünyanın 41 ölkəsində “İmam Hüseynin (ə) südəmər körpələri” mərasimi keçirilib - FOTO
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO