İranda terror şəbəkəsi hücumdan öncə zərərsizləşdirildi

İranda terror şəbəkəsi hücumdan öncə zərərsizləşdirildi

-- 3 nəfərlik qrup

Təhlükəsizlik qüvvələri 3 nəfərlik bir terror şəbəkəsini, terror hücumu törətmədən öncə zərərsizləşdirdi. 
 
Maide.Az İranın Fars agentliyinə isitnadən xəbər verir ki,  bunu İranın şərqində yerləşən Cənubi Xorasan əyalət rəhbər yardımçısı Muhəmməd Rza Sərəfrazi deyib. 
 
M.R. Sərəfrazi terror qrupu üzvlərinin xüsusi təhlükəsizlik qüvvələri tərəfindən təqib edildiyini və hədəflərinə çatmadan yaxalandıqlarını söyləyib.
 
Onun sözlərinə görə, əməliyyat zamanı terroristlərə aid müxtəlif silah və partlayıcılar ələ keçirilib.
 
Qeyd edək ki, ötən gün İranın şimal qərb sərhədlərində yerləşən Sərdəştdə iki təhlükəsizlik işçisi terrotistlərin təşkil etdiyi hücumda şəhid olub. 

Google+ WhatsApp ok.ru