İranda zəlzələ nəticəsində ölənlərin sayı 440 nəfəri keçib - YENİLƏNİB-8 (VİDEO/FOTO)

İranda zəlzələ nəticəsində ölənlərin sayı 440 nəfəri keçib - YENİLƏNİB-8 (VİDEO/FOTO)

-- Kirmanşah əyalətində 3 gün matəm elan olunub

Xəbər yenilənir... 
 
21:20
 
İranda zəlzələdə ölənlərin sayı artır.
 
Maide.Az-ın Tasnimnews-a istinadən verdiyi məlumata görə, İraq-İraq sərhədində dünən axşam baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 445-ə çatıb.
 
7156-dan çox adam isə yaralanıb.
 
 
 
 
 
 
 
 
 
***
17:20
 
İran-İraq sərhədində baş vermiş zəlzələ nəticəsində ölənlərin ümumi sayı 398-ə çatıb. 
 
Maide.Az  İRİB-ə istinadən  xəbər verir ki, zəlzələ zamanı İranda 387 nəfər ölüb, 6 min adam yaralanıb.
 
Yaralıların sayı həddən artıq çox olduğu üçün  İranın Səhiyyə Nazirliyi dəfələrlə əhalini qan verməyə çağırıb.  Hazırda ölkənin müxtəlif şəhərlərində qanvermə aksiyaları keçirilir.
 
İraqda isə zəlzələ qurbanlarının sayı 11 olub, onlarla insan yaralanıb.
 
Bildirilir ki, İranın bəzi ərazilərində elektrik enerjisi təchizatı dayandırılıb, telefon və internet xidmətləri işləmir.   
 
Qeyd edək ki, İranda 1990-cı ildə 40 min adamın ölümü ilə nəticələnmiş zəlzələ baş verib. 
 
(Tehranda insanlar qan vermək üçün növbəyə durub.) 
 
***
14:15
 
Maide.Az "Tasnim" xəbər agentliyinə istinadən xəbər verir ki, İran-İraq sərhədində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 348 nəfərə çatıb, 4050-dən çox adam xəsarət alıb.
 
 
***
 
12:28 
 
Maide.Az İranın "İribnews" saytına istinadən xəbər verir ki, ölkənin qərbində İran -İraq sərhəddində baş vermiş zəlzələ nəticəsində indiyədək 328 nəfər həlak olub. 
 
236 nəfər Sərpol Zəhab  şəhərində,  22 nəfər İslam Abad qərb,  15 nfəər Səlas Babacani,  14 nəfər Kirind, 10 nəfər Kirmanşah, 3 nəfər Cavanrud, 28 nəfər isə Qəsre Şirin şəhərlərində həyatını itirib. 
 
Məlumata görə, zəlzələ nəticəsində yaralananların sayı 3900-dən çoxdur. 
 
 
 
 
 
 
 
 
 
 
 
***
11:33
 
Maide.Az İranın Tasnim xəbər agentliyinə istinadən xəbər verir ki, İranın Tibbi Ekspertiza Mərkəzi elan edib ki, indiyədək 214 nəfərin cəsədi  Kirmanşah Tibbi Ekspertiza Mərkəzində  müayinə olunub və onlara dəfn üçün lisenziya verilib. 
 
Ölənlərdən 149 nəfər Sərpol Zəhab  şəhəri, 22 nəfər İslam Abad qərb,  15 nfəər Səlas Babacani şəhəri ,  14 nəfər Kirind şəhəri, 14 nəfər isə Qəsre Şirin şəhərlərində dəfn olunacaq.
 
Məlumata görə, zəlzələ nəticəsində yaralananların sayı 2504 nəfərə çatıb. 
 
İranın Kirmanşah əyalətinin başçısı Huşəng Bazvənd İran prezidenti Həsən Ruhani ilə telefon danışığında Kirmanşah əyalətində ölənlərin sayının 300 nəfərə çatacağını proqnozlaşdırıb.  
 
Onun Sözlərinə görə, ən çox ziyan Sərpol Zəhab şəhərinə dəyib.
 
İraqda isə zəlzələ nəticəsində 8 nəfər ölüb, 400-dən çox adam yaralanıb. 
 
 
 
***
09:52
Maide.Az İranın Mehr agentliyinə istinadən xəbər verir ki, İranın Tibbi Ekspertiza Mərkəzi elan edib ki, indiyədək 207 nəfərin cəsədi  Kirmanşah Tibbi Ekspertiza Mərkəzində  müayinə olunub və onlara dəfn üçün lisenziya verilib. 
 
Ölənlərdən 142 nəfər Sərpol Zəhab  şəhəri, 22 nəfər İslam Abad qərb,  15 nfəər Səlas Babacani şəhəri ,  14 nəfər Kirind şəhəri, 14 nəfər isə Qəsre Şirin şəhərlərində dəfn olunacaq.
 
Məlumata görə, zəlzələ nəticəsində yaralananların sayı 1700 nəfərə çatıb. 
 
***
Maide.Az-ın iribnews.ir saytına istinadən məlumatına görə, İranın Böhranın İdarəetmə Qərargahının sözçüsü elan edib ki, ölkənin qərb bölgəsində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 164 nəfərə çatıb. Yaralıların sayının 1600 nəfərə çatdığı bildirilir.  Zəlzələ nəticəsində dağıntılar altından xilasetmə işləri davam etdirilir və ölənlərin sayının daha da artacağı ehtimal edilir.  Bu gün səhər Kirmanşah əyalətində daha bir 4,7 bal gücündə daha bir zəlzələ qeydə alınıb.   
 
Güclü zəlzələdən sonra bölgədə 94 afterşok qeydə alınıb.
 
(aşağıdakı şəkildə qırmızı nöqtələr zəlzələnin baş verdiyi bölgələrdir) 
 
 
 
 
***
İranda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 155 nəfərə çatıb.
 
Maide.Az İranın Tasnimnews xəbər saytına istinadən  bildirir ki,  bunu İranın Böhranın İdarəetmə Qərargahının sözçüsü elan edib və  bildirib ki, zəlzələ nəticəsində 1500 -dən çox insan yaralanıb. 
 
Məlumata görə, ölən və yaralananların sayı getdikcə artmaqdadır.  
 
Ötən axşam İran-İraq sərhədində 7,3 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Kermanşah şəhərindən 104 km qərbdə, ocağı 10 km dərinlikdə yerləşib. Güclü zəlzələdən sonra bölgədə 14 afterşok qeydə alınıb.
 
Zəlzələ İranın qərb əyalətlərinin əksəriyyətində hiss olunub. Ölkənin mərkəzi əyalətləri və paytaxt Tehrandada zəlzələ qeydə alınıb.  Zəlzələ daha çox Kirmanşah əyalətinin Qəsre Şirin və  Sərpol Zəhab şəhərlərinə ziyan vurub. Belə ki, zəlzələ nəticəsində ölənlərdən 97 nəfəri Sərpol Zəhab  şəhərindədir. 
 
İran Silahlı Qüvvələri,  Sepah və Polis qüvvələridə zəlzələ bölgəsində yardıma cəlb olunub. 
 
İranın qərb bölgəsində zəlzələ nəticəsində 70 min insan evsiz qalıb.Bunu İranın Qızıl Aypara cəmiyyətindəki mənbə bildirib.
 
“Hazırda 70 min nəfərin müvəqqəti sığınacağa ehtiyacı var. Bu rəqəmin yaxın müddətdə artacağı istisna deyil”, deyə mənbə bildirib.
 
İran dövlət televiziyasının xəbərinə görə, ölkə prezidenti Həsən Ruhani Daxili İşlər Nazirliyinə zərərçəkənlərə bütün zəruri yardım göstərmək üçün təcili tədbirlər görməyi tapşırıb.
 
 
Qeyd edək ki, bu zəlzələ İranın qərb bölgəsində indiyədək baş vermiş  ən güclü zəlzələdir.  Kirmanşah əyalətində 3 gün matəm elan olunub.   
 
Xatırladaq ki,İran-İraq sərhədində baş verən zəlzələ Naxçıvan və cənub rayonlarında hiss olunub. Zəlzələ 22:23-də qeydə alınıb. Zəlzələ əsasən Lənkəran və Astara rayonları ərazisində, təqribən 4 bal gücündə hiss olunub.
 
Dağıntı və təlafat barədə məlumat yoxdur. Yeraltı təkanlar təxminən 45 saniyə davam edib.
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru