İranda zəlzələ qurbanlarının sayı 474 nəfərə çatıb

İranda zəlzələ qurbanlarının sayı 474 nəfərə çatıb

-- yaralıların sayı isə..

İranın qərbində Kirmanşah əyalətində baş vermiş zəlzələ qurbanlarının sayı artmaqda davam edir.
 
Maide.Az "Tasnimnews" saytına istinadən xəbər verir ki, zəlzələ nəticəsində ölənlərin sayı 474 nəfərə çatıb, yaralıların sayı isə 9388 nəfər olub. 
 
Qeyd edək ki, bazar günü axşam İranın İraqla sərhədində 7,3 bal gücündə zəlzələ baş verib.
 
İran KİV-lərinin məlumatına görə, Kirmanşahda baş vermiş zəlzələ nəticəsində  30 mindən çox evə ziyan dəyib və şəhər və kəndlərdə bu evlər yenidən tikilməli və ya bərpa olunmalıdır. 
 
 
Zəlzələ ilə bağlı geniş məlumatları buradan izləyə bilərsiz.

Google+ WhatsApp ok.ru