İranın Dəmir Yolları İdarəsinin rəhbəri Azərbaycana səfər edib

İranın Dəmir Yolları İdarəsinin rəhbəri Azərbaycana səfər edib

Səfər çərçivəsində iki qurum arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri müzakirə ediləcək
 
İranın yollar və şəhərsalma nazirinin müavini, ölkənin Dəmir Yol İdarəsinin rəhbəri Səyid Məhəmmədinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.
 
İranın Bakıdakı səfirliyindən "Report"a verilən məlumata görə, nümayəndə heyəti Azərbaycanda "Azərbaycan Dəmir Yolları" QSC-nin rəhbərliyi də daxil olmaqla, bir sıra görüşlər keçirəcək.
 
Səfər çərçivəsində iki qurum arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri, eləcə də Astara (Azərbaycan) - Astara (İran) dəmir yolu xəttinin tikintisi məsələsi müzakirə ediləcək. /

Google+ WhatsApp ok.ru