İranın Müdafiə və Silahlı Qüvvələrə Dəstək naziri Azərbaycana səfər edəcək

İranın Müdafiə və Silahlı Qüvvələrə Dəstək naziri Azərbaycana səfər edəcək

-- Səfər fevralın 22-dək davam edəcək

Fevralın 21-də İran İslam Respublikasının Müdafiə və Silahlı Qüvvələrə Dəstək naziri general-mayor Əmir Hatəminin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfər edəcək.
 
SalamNews Müdafiə Nazirliyinin rəsmi saytına istinadla xəbər verir ki,səfər çərçivəsində İran nümayəndə heyətinin Azərbaycanın Müdafiə Nazirliyi və digər dövlət strukturlarında görüşlərinin keçirilməsi nəzərdə tutulub.
 
Səfər fevralın 22-dək davam edəcək.

Google+ WhatsApp ok.ru