İranın Ərdəbil əyalətində zəlzələ baş verib

İranın Ərdəbil əyalətində zəlzələ baş verib

Bu gün səhər İranın Ərdəbil əyalətinin Azərbaycanın cənub bölgəsinə yaxın Xalxal şəhərində nisbətən güclü zəlzələ baş verib.
 
Maide.Az xəbər verir ki,  zəlzələ episentrdə 4,3 bal  olub. Zəlzələ yerli vaxtla saat 04:29-da Ərdəbilin Külür, Xalxal və Givi şəhərlərində hiss olunub.
 
İlkin məlumatlara görə, zəlzələ nəticəsində yerli sakinlər təşvişə düşüb. Sakinlər evlərini tərk edib küçə və xiyabanlara axışıblar.
 
Zəlzələ nəticəsində ölən və ya xəsarət alanlar barədə hələlik məlumat yoxdur.(tasnim)
 

Google+ WhatsApp ok.ru