İraq DİN: İraq ərazisində İŞİD-in nəzarətindəki bütün ərazilər azad edilib

İraq DİN: İraq ərazisində İŞİD-in nəzarətindəki bütün ərazilər azad edilib

-- Hazırda İŞİD əl-Ənbarın səhrasında və İraq-Suriya sərhədindəki səhra ərazilərdədir.

 Ravə şəhərinin azad edilməsi ilə İraqda İŞİD nəzarətində heç bir ərazi qalmayıb .
 
Maide.Az “İRİB”-ə istinadən xəbər verir ki, bunu  İraqın daxili işlər naziri  Qasim əl-Əraci deyib. 
 
Q.əl-Əraci Ravə şəhərinin azad edilməsini dini mərcə təqlidə və  İraq xalqına təbrik deyib  və  bildirib ki, İŞİD-in İraq ərazisində sonuncu bazasıda azad edilib. 
 
Qeyd edək ki, İraq Ordusu və Haşdu-Şabi bu gün  əl-Ənbar əyalətində yerləşən Fərat sahilindəki kiçik Ravə şəhəri istiqamətində əməliyyata başlamışdı. Şəhərin 7 kvartalı və mərkəzi azad edilib.
 
Hazırda İŞİD əl-Ənbarın səhrasında və İraq-Suriya sərhədindəki səhra ərazilərdədir.
 
Suriya Ordusu və müttəfiqləri də İŞİD nəzarətində qalan son şəhər Bu-Kamalı tam azad etmək üzrədir.
 

Google+ WhatsApp ok.ru