İraq Ordusu Kərkük şəhərini Peşmərgədən geri alıb

İraq Ordusu Kərkük şəhərini Peşmərgədən geri alıb

İraq Ordusu, Federal Polis və Terrorla Mübarizə İdarəsi ötən gün Peşmərgə tərəfindən müqavimət olmadan Kərkük şəhərinə daxil olublar.
 
Bu barədə Sumariya Agentliyinə istinadla xəbər verir.
 
Kərkük şəhərində əyalət binasının üzərindəki Kürdüstan Muxtariyyətinin bayrağı endirilib və oraya İraq bayrağı taxılıb.
 
Bəzi İraq rəsmiləri Peşmərgə qüvvələrinin müqavimət göstərməməsi və şəhəri tərk etdiklərinə görə onların bu addımını alqışlayıblar.
 
Kərkükdə əhali ordunun şəhərə daxil odluğuna görə şənlik keçiriblər.
 
İraq Parlamentinin deputatları bəyan ediblər ki bundan sonra İraq Ordusu Diyala əyalətində Peşmərgənin nəzarətində olan nahiyə və qəzalar istiqamətində də hərəkət edəcəklər.(islaminsesi)
 

Google+ WhatsApp ok.ru