`İraq təhlükədədir` - Müqtəda əs-Sədrdən açıqlama

`İraq təhlükədədir` - Müqtəda əs-Sədrdən açıqlama

-- terror və sui-qəsdlərə son qoymağın vaxtı gəlmədimi?

Ötən ay keçirilən parlament seçkilərində qalib gələn "Əs-Sayrun" koalisiyasının rəhbəri Müqtəda əs-Sədr İraqın təhlükədə olması barədə xəbərdarlıq edib.
 
Maide.Az "Habertürk"ə istinadən xəbər verir ki, Sədr siyasi liderlərə səslənərək vəzifə davasından uzaq olmağa çağırıb:
 
"İraq yoxsul, məzlum, yetim, yaralı, dul və əlillərlə doludur. Məqam, mənafe, nüfuz və güc edilən davalar bəsdir. Xarici müdaxilələr, terror və sui-qəsdlərə son qoymağın vaxtı gəlmədimi? Silahları məscidlərdə gizlətməkdənsə, dövlət etməyin vaxtı deyilmi?  Əcnəbilər iradəsinə nə zamana qədər boyun əyəcəklər?"
 
Qeyd edək ki, İraqda seçkilərdən sonra qalmaqallar yaşanır. Seçkilərdə saxtakarlıq edildiyi iddiası ilə bülletenlərin yenidən sayılmasına qərar verilmişdi. Lakin, bülletenlərin saxlanıldığı anbar dünən yanıb. Yanğının bilərəkdən törədildiyi iddiaları da səsləndirilir.

Google+ WhatsApp ok.ru