İraqın Havicə rayonunda mindən artıq terrorçu təslim oldu

İraqın Havicə rayonunda mindən artıq terrorçu təslim oldu

ABŞ-ın rəhbərlik etdiyi İŞİD-ə qarşı beynəlxalq koalisiya yeni azad edilmiş Kərkükün Havicə rayonunda min İŞİD yaraqlısının təslim olduğunu bildirib.
 
Əməliyyat haqqında verilən açıqlamada belə bildirilib: “ABŞ-ın rəhbərlik etdiyi İŞİD-ə qarşı beynəlxalq koalisiya İraq hökuməti və İraqın təhlükəsizlik qüvvələrinin Havicədə İŞİD-ə qarşı qətiyyətli və sürətli şəkildə əldə etdikləri qələbə münasibətilə təbrik edir”.
 
Açıqlamada Havicə əməliyyatının 14 gün davam etdiyi və əməliyyat vaxtı mindən çox İŞİD yaraqlısının təhlükəsizlik qüvvələrinə təslim olduğu qeyd edilib.
 
Koalisiyanın yeni komandanı general-leytenant Pol E. Fank II İraq ordusunun həddən artıq peşəkarcasına döyüşdüyünü və şəhərdəki vətəndaşların qorunmasına diqqət göstərdiyini bildirib. (deyerler.org)
 

Google+ WhatsApp ok.ru