İraqın Kürdüstan bölgəsi referendumun nəticələrini dondurdu

İraqın Kürdüstan bölgəsi referendumun nəticələrini dondurdu

İraqın Kürdüstan bölgəsinin rəhbərliyi İraq hökumətinə atəşi dayandırmağı və dialoqa başlamağı təklif edərək, öz tərəfindən referendumun nəticələrini dondurmağa hazır olduğunu bəyan edib. 
 
Maide.Az beynəlxalq KİV-lərə istinadən xəbər xəbər verir ki, bu barədə regional hökumətin saytında dərc olunmuş bəyanatda qeyd olunub.     
 
“Kürd və İraq xalqı qarşısında üzərimizə götürdüyümüz öhdəliklərin icrası üçün biz İraq hökuməti, İraq və dünya ictimaiyyətinə aşağıdakıları təklif edirik: 1) Bölgədə atəşin və bütün hərbi əməliyyatların dərhal dayandırılması, 2) Kürd muxtariyyətində keçirilmiş referendumun nəticələrinin dondurulması, 3) İraq konstitusiyanın əsasında bölgə hökuməti və İraq federal hökuməti arasında açıq dialoqa başlamaq”, - deyə bəyanatda bildirilir. 
 
 
 

 

Google+ WhatsApp ok.ru