İraqın Kürdüstan ərazisində referenduma səsvermə başlayıb

İraqın Kürdüstan ərazisində referenduma səsvermə başlayıb

Bu gün səhər saat 7-də İraqın Kürdüstan ərazisində və digər münaqişəli ərazilərdə referenduma səsvermə başlayıb.                        
 
Maide.Az İraq mətbuatına istinadla xəbər verir ki, İraq Kürdüstanının Təhlükəsizlik qüvvələri səsvermə məntəqələrində təhlükəsizlik tədbirlərini gücəndirib.                        
 
Yerli rəsmilər küçələrdə əhalini səsgücləndiricilərlə səsvermədə aktiv iştirak etməyə çağırır.                        
 
Qeyd edək ki, referendumda 5 milyon nəfərin səsvermə hüququ var. Seçki hüququ olanlar əsasən Ərbil, Dəhuk, Hələbçənin Suleymaniyyə bölgəsi və Kərkükdə yaşayanlardır.
 
Xatırladaq ki, referendumun keçirilməsini İraqın müxtəlif rəsmiləri pisləyib və onun ləğvini tələb edib. Lakin İraqın Kürdüstan ərazisindəki özünü idarəetmə rəsmiləri mərkəzi hökumətin istəyinə qarşı çıxıb və beynəlxalq qınaqlara baxmayaraq referendumu keçirir. 

Google+ WhatsApp ok.ru