İraqın xarici işlər naziri Rusiyaya səfər edəcək

İraqın xarici işlər naziri Rusiyaya səfər edəcək

İraqın xarici işlər naziri  İbarhim Cəfəri gələn həftə Rusiyaya səfər edəcək. 
 
Maide.Az beynəlxalq KİV-lərə istinadən xəbər verir ki, səfər zamanı İ.Cəfəri  Rusiyalı həmkarı Sergey Lavrovla iki tərəfli əlaqələrin inkişafı ,  Kərkükdə mövcud olan son durum və hər iki ölkəni maraqlandıran regional və beynəlxalq məsələləri müzakirə edəcək.  
 
Qeyd edək ki, yaxın günlərdə Moskvada Rusiya və İraq dövlətlərarası komisiyanın iclası keçiriləcək.  İclasda iki ölkənin ticari və iqtisadi əlaqələrinin inkişafına dair məsələlər müzakirə olunacaq. 
 

Google+ WhatsApp ok.ru