İraqın İslami Ali Şurasının sədri Əmmar Həkim istefa verib və yeni partiya yaradıb

İraqın İslami Ali Şurasının sədri Əmmar Həkim istefa verib və yeni partiya yaradıb

Seyid Əmmar Həkim İraqın İslami Ali Şurasının sədriliyindən istefa verib və yeni partiya yaradıb. 
 
Maide.Az xəbər verir ki, İraq KİV-lərinin məlumatına görə, Əmmar Həkimin təsis etdiyi yeni partiyanın adı “Milli Hikmət” partiyasıdır.
 
Seyid Əmmar Həkim bazar ertəsi bu xəbəri elan edərək bildirib ki, 2017-ci ilin İraqı ilə 2003-cü ilin İraqı fərqlidir və fəaliyyətdə olan siyasi partiyalar bu fərqin mövcudluğunu anlamalıdır.
 
Bundan öncə İraqın İslam Ali Şurasının içərisində fikir ayrılıqları olduğuna dair xəbərlər dərc olunmuşdur. Baxmayaraq ki, bu fikir ayrılığının yalnız təşkilatçılıq məsələlərində olduğu bildirilirdi. /

Google+ WhatsApp ok.ru