İrlandiya Myanma liderinə verdiyi ordeni geri alır

İrlandiya Myanma liderinə verdiyi ordeni geri alır

-- Arakanda müsəlmanlara qarşı törədilən insanlıq cinayətinə qarşı səssiz qalması səbəbiylə

İrlandiyadakı Dublin Bələdiyyə Məclisi Myanma xarici işlər naziri və dövlət rəhbərliyindən cavabdeh dövlət naziri Aunq San Suu Çiiyə verdiyi "Dublin Azadlıq Nişanı"nı geri almaq qərarı verib.
 
Maide.Az "َyenisafak" a istinadən xəbər verir ki, Bələdiyyə Məclisində bu axşam keçirilən iclasda, Suu Çiiyə 1999-ci ildə verilən ordenin myanmalı siyasətçinin Arakanda müsəlmanlara qarşı törədilən insanlıq cinayətinə qarşı səssiz qalması səbəbiylə geri alınması üçün yekdilliklə qərar qəbul olunub.
 
Geri alınması gözlənilirdi
 
Qərarla, ordenin ən qısa müddətdə rəsmən ləğv olunması və geri alınması gözlənilir.
 
İclasda iştirak edən məclis üzvləri Suu Çiini ölkəsində baş verən etnik təmizləməyə laqeyd qalmaqda tənqid edib.
 
Digər tərəfdən, həmin iclasda keçən ay Suu Çii ilə eyni ordeni bölüşmək istəmədiyi və bu səbəblə də Dublin Azadlıq Ordenini bələdiyyəyə təhvil edən irlandiyalı müğənni Bob Qeldofun da bu tələbi yekdilliklə qəbul edilib.
 
Azadlıq Ordeni Dublin Bələdiyyə Məclisində, şəhərə töhfəsi olan və hərbi, siyasi, mədəni, elmi, bədii sahədə yüksək nailiyyətlər göstərən şəxslərə verilir.
 
Suu Çii 1999-da layiq görüldüyü Dublin Azadlıq Ordenini 2012-ci ildə almışdı.
 
Bənzər bir qərar da yenə ötən ay Böyük Britaniyadakı Oksford Bələdiyyə Məclisi tərəfindən qəbul edilmişdi. Oksford Bələdiyyə Məclisi "azlıq arakanlı müsəlman əhalisinin təzyiq altına alınması qarşısında heç bir şey etmədiyi səbəbilə" Suu Çiiyə verdiyi "Oksford Azadlıq Nişanı"nın geri alınmasını qərara almışdı.
 
Xatırladaq ki, 2017- cilin  avqust ayının 25-dən Myanmada Ruhincia müsəlmanlarına qarşı dövlət səviyyəsində etnik təmizləmə və kütləvi zorakılıq əməliyyatına başlanılıb. Myanma ordusunun Ruhincia müsəlmanlarının yaşadığı Raxin vilayətində törətdiyi amansız cinayətlərdə indiyə qədər 6 mindən çox insan həyatını itirib. 8 min nəfər yaralanıb.  Avqustun 25-dən etibarən Myanma ordusunun zülmünə görə  620 mindən çox  Rohinca müsəlmanı Banqladeşə qaçıb. 200-dən çox kənd məhv edilib.  
 
Raxin vilayəti 2012-ci ildən bəri Myanma ordusu və ifratçı buddistlərin hücumlarının şahididir.
 
1970-ci illərdən etibarən etnik təmizləmələrə məruz qalan Myanmadaki təxminən 2 milyon Arakanlı müsəlmanların təqribən 84 faizi qonşu ölkələrə sığınıb. 
 

Google+ WhatsApp ok.ru