İrəvanda aksiyaçılar bəzi hökumət binalarını mühasirəyə alıblar 17 Aprel 2018 01:00 Xəbərlər -- Mitinq iştirakçıları Baş Prokurorluq... Etiraz aksiyası iştirakçıları İrəvanda bir sıra hökumət binasını mühasirəyə almağa başlayıb. Maide.Az bildirir ki, bu barədə "Report" erməni KİV-lərinə istinadən xəbər verir. Mitinq iştirakçıları Baş Prokurorluq, XİN, Ermənistan Diaspora Nazirliyini və Dövlət Gəlirləri Komitəsini əhatəyə alıblar. Dövlət müəssisələrinin qapılarının bağlı olduğu bildirilir. Etirazçılar hökumət binalarının qaşısında oturaq aksiyaya başlayıblar. Qeyd edək ki, bir qədər öncə Ermənistan Milli Məclisinin deputatı Nikol Paşinyan ölkədə "xalq məxməri inqilabı"nın başlandığını elan edib. Teqlər : #İrəvanda aksiyaçılar bəzi hökumət binalarını mühasirəyə alıblar, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İslam Dünyası tələbələrinin beynəlxalq Quran yarışı keçiriləcək Əfqanıstanda Seçki Komissiyasının 3 üzvü oğurlanıb