İsa Qəmbər və Musavat rəhbərliyi prokurorluğa çağırılıb

İsa Qəmbər və Musavat rəhbərliyi prokurorluğa çağırılıb

Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər, Müsavat Partiyasının başqanı Arif Hacılı və partiyanın mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı Baş Prokurorluqda həbsdəki jurnalist Əfqan Muxtarlının işi üzrə dindiriləcək.
 
Bu haqda prokurorluqdan onlara çağırış vərəqələri gəlib. Arif Hacılı AzadlıqRadiosu-na açıqlamasında bunu təsdiq edib.
 
Çağırış vərəqəsində göstərilir ki, İ.Qəmbər, A.Hacılı və G.Aslanlını şahid qismində istintaqa cəlb edilib.
 
İsa Qəmbər iyunun 16-da saat 15:00-da, Arif Hacılı iyunun 17-də saat 14:00-da, Gülağa Aslanlı isə iyunun 20-də ifadə verməkdən ötrü Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində olmalıdır.
 
Çağırış vərəqəsini Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi Əli Babayev göndərib.
 
Bu gün, iyunun 14-də iki jurnalist Şahvələd Çobanoğlu və Sevinc Vaqifqızı da Baş Prokurorluğa çağırılıb.
 
Onların dindirilməsinin də Əfqan Muxtarlıya açılmış cinayət işi ilə bağlı olduğu bildirilir. /

Google+ WhatsApp ok.ru