İslahatların olmaması iqtisadiyyatın artımını istisna edir

İslahatların olmaması iqtisadiyyatın artımını istisna edir

-- iqtisadiyyatın şaxələndirilməsindən ötrü struktur islahatlarına ehtiyac var

«Novoye Vremya» qəzetində «İslahatların olmaması iqtisadiyyatın artımını istisna edir» sərlövhəli yazı yer alıb.
 
Yazıda bildirilir ki, iyunun 5-də Bakıda Avropa İttifaqı-Azərbaycan Biznes Forumu keçirilib. Müəllifin fikrincə, bu forum bir daha Azərbaycanda iqtisadi inkişafda neftin indiki nisbi artım qiymətinə arxayın olmamaq barədə tövsiyələri gündəmə gətirib.
 
Müəllif hesab edir ki, istənilən an xarici amil yenidən neftin qiymətinin düşməsinə səbəb ola bilər.
 
Yazıda «Report» agentliyinə istinadən Dünya Bankının Azərbaycan üzrə meneceri Navid Həsən Naqvinin səsləndirdiyi fikirlərə də yer verilib. N.H.Naqvi deyib ki, bu il Azərbaycan iqtisadiyyatında 2, gələn il isə 3-4 faiz artım gözlənir. O vurğulayıb ki, inflyasiyanın azalacağı da proqnozlaşdırılır: «Bu, müsbət meyldir. Qeyri-neft sektoru ağır zamanlarda inkişaf edib. Bununla belə, ölkə iqtisadiyyatı hələ ki, neftdən asılıdır».
 
N.H.Naqviyə görə, heç bir islahat insana investisiya qoyulmadan mümkün deyil: «Sizin müəllimlər orta hesabla aylıq 150-200 dollar alırlar. Elə həkimlər də o qədər alır. Eyni zamanda da, struktur dəyişiklikləri olmadan maaşların artırılması çıxış yolu deyil».
 
Qəzetdə bildirildiyinə görə, N.H.Naqvi vurğulayıb ki, iqtisadiyyatın şaxələndirilməsindən ötrü struktur islahatlarına ehtiyac var. Ən başlıcası insana sərmayə qoyulmasıdır.
 
Yazıda habelə, qeyd edilməsinə görə, forumda Avropa Birliyinin təmsilçiləri də çıxış edərək Azərbaycana iqtisadiyyatı şaxələndirməklə bağlı səsləniblər.
 
Müəllif isə yazının sonunda vurğulayıb ki, Azərbaycanda iqtisadi inkişaf inhisarla, korrupsiya ilə mübarizədən və müstəqil məhkəmə sistemindən asılıdır.(azadliq.org)
 

Google+ WhatsApp ok.ru