İslam Dünyası tələbələrinin beynəlxalq Quran yarışı keçiriləcək

İslam Dünyası tələbələrinin beynəlxalq Quran yarışı keçiriləcək

Yarışa 45 ölkədən 70 iştirakçı qatılacaq.

Qumda İslam Dünyası tələbələrinin II beynəlxalq Quran yarışması keçiriləcək.
 
Maide.Az  “hawzahnews”-a istinadən xəbər verir ki, bunu Qum Dini Elmlər Hövzəsinin Quran və Hədis elmləri üzrə idarə rəhbəri Seyid Mustafa Rəzəvi deyib.
 
O deyib ki, yarışlar aprelin 21-ində Qum şəhərində İmam Kazım (ə) adına mədrəsədə təşkil olunacaq.
 
“Yarış Quranın tilavəti və hifzi üzrə təşkil olunacaq və yarışa dünyanın 45 ölkəsindən 70 iştirakçı qatılacaq. Yarış iştirakçıları ilk mərhələdə öz ölkələrində keçirilən yarışlarda iştirak edərək seçiliblər və daha sonra Qumdakı yarışlara qatılıblar”.
 
Onun sözlərinə görə, 6 gün davam edəcək yarışların açılış mərasimində Ayətullah Məkarim Şirazi çıxış edəcək. Bağlanış mərasimində isə Ayətullah Subhani çıxış edəcək.
Yarış iştirakçılarının Ali Rəhbər Ayətullah Xamenei ilə görüşü nəzərdə tutulub.

Google+ WhatsApp ok.ru