İSLAM TİBBİNDƏ SU İÇMƏK

İSLAM TİBBİNDƏ SU İÇMƏK

-- SU İÇƏRKƏN NƏYƏ DİQQƏT ETMƏLİ

 
Maide.Az "istibb"-ə istinadən Ayətullah Şeyx Abbas Təbrizianın  "İrşadatur-Rəsul əl-Mustafa fis-sihhəti və tulil-ömr" kitabında  İslam dininin su içməklə bağlı qeyd etdiyi göstərişlərini oxuculara təqdim edirik: 
 
SU İÇƏRKƏN NƏYƏ DİQQƏT ETMƏLİ
 
1. Su içərkən tələsməyin, bir istəkan suyu 3 nəfəsə, üfürmədən, dodaqlayaraq və ləzzət alaraq için. Bir dəfəyə boğaza tökməyin.
 
2. Sərin su için – (təbii sərin su, bulaq suyu, quyuda sərinləşdirilmiş su). Amma soyuducunun buzxanasında soyumuş suyu içməyin.
 
3. Çox su içməyin, zərəri vardır.
 
4. Yeməkdən sonra çox su içmək lazımdır, bunun yeməyin həzmi üçün xeyiri vardır. Mədə yarasının qarşısını alır. Əlbəttə yağlı və ətli yeməklərdən dərhal sonra su içmək olmaz, ən azı 1 saat fasilə verilməlidir.
 
5. Gecə su içərkən oturmalı və gündüz su içərkən ayaq üstə durmalısan ki, bədən sağlam olsun. Əks halda böyrəklərə ciddi zərərləri var.
 
6. Suyu içməzdən öncə “Bismillah” və sonra “Əlhəmdulillah” deyin. Daha yaxşısı isə suyu içərkən hər nəfəsdə “bismillah” və “əlhəmdulillah” deyilsin.
 
7. Başqalarına su verməyin böyük savabı vardır. Su içdikdən sonra İmam Hüseynə (ə) salam deyin.
 
8. Təmiz qabda su için. Su içmək üçün ən yaxşı qabaq şüşə qabdır.
 
9. Qabın sınmış yerindən və qulpundan su içməyin.
 
10. Su içməyə qab tapmasanız, sağ əlin ovucu ilə su için.
 
11. Başqa şəhərə getdikdə öz şəhərinizin suyundan götürün və məqsəd şəhərə çatdıqda oranın suyu ilə qarışdırıb için.
 
12. Yemək arasında su içməyin.
 
13. Dolu yağışın (buzdənəli) suyundan içmək üçün istifadə etməyin.
 
 

Google+ WhatsApp ok.ru