İslam Əməkdaşlıq Təşkilatının Qüds Qərarı `Google`-ı cəsarətləndirdi

İslam Əməkdaşlıq Təşkilatının Qüds Qərarı `Google`-ı cəsarətləndirdi

-- HƏMAS: Qüds bölünməz vahid bir Qüds olaraq Fələstinin paytaxtıdır

 
"Google" Şərqi Qüdsü Fələstinin paytaxtı kimi göstərdi.
 
Maide.Az xəbər verir ki,  Trampın işğalçı İsrailin paytaxtını Qüds kimi qəbul etdiyini açıqlamasından əvvəl "Google" axtarış saytı işğal rejiminin paytaxtını Qüds olaraq göstərmişdi. "Google" indi də Fələstinin paytaxtını Şərqi Qüds kimi göstərib.
 
İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvətilə fövqəladə toplanan İslam Əməkdaşlıq Təşkilatı da toplantı sonrasında yayımlanan bəyanatda Fələstinin paytaxtı olaraq Şərqi Qüdsü qəbul etmişdi. Bu vəziyyət Qüdsü ikiyə böldüyü kimi, işğalçı rejimi İsrailin Qüdsdəki varlığının qəbulu kimi oldu.
 
Fələstin İslami Müqavimət Hərəkatı - HƏMAS lideri İsmayıl Haniyə isə ötən gün verdiyi açıqlamasında Qüdsün bölünməz vahid bir Qüds olduğunu və şərq-qərb ayrıseçkiliyi olmadan bir bütün olaraq Fələstinin paytaxtı olduğunu vurğulamışdı.
 
"Google" axtarış saytında işğalçı İsrailin paytaxtı Qüds olaraq göstərildiyi halda, Fələstin Dövlətinin paytaxtı isə Şərqi Qüds kimi göstərilir.(on4haber)
 

Google+ WhatsApp ok.ru