İslamdan ən çox qorxan 11 Avropa ölkəsi

İslamdan ən çox qorxan 11 Avropa ölkəsi

-- İtaliyada, əhalinin 51%-i ölkəyə müsəlman qaçqınların qəbul edilməsini istəmir

“İnsider Monkey” saytı müsəlmanlara qarşı həddən artıq islamofobiya və ayrı-seçkilik edən 11 Avropa ölkəsinin siyahısını dərc edib.
 
Maide.Az "deyerler.org"-a istinadən xəbər verir ki, Avropada islamofobiya uzun müddətdir mövcuddur. Ancaq iki hadisə, 11 sentyabr hücumu və 2015-ci ildə Parisdə baş verən Şarli Hebdo jurnalına qarşı edilən silahlı hücum islamofobiyanın artmasına böyük təsir edib.
 
Saytın hesabatına görə, İtaliya, Almaniya, Belçika, Hollandiya, Macarıstan, Ukrayna, Danimarka, İspaniya, İsveç, Böyük Britaniya və İsveçrə olmaqla 11 Avropa ölkəsi müsəlmanlara qarşı ən çox ayrı-seçkilik və ən yüksək islamofobiya nisbətinə malikdir.
 
Bu ölkələr arasında olan İtaliyada, əhalinin 51%-i ölkəyə müsəlman qaçqınların qəbul edilməsini istəmir.
 
Almaniya xalqının 53%-i bu ölkədə müsəlman qaçqınların sayının artmasına qarşıdır. 2016-cı il 31 dekabr tarixində Berlində bir mağazaya qarşı edilən terror hücumdan sonra, islamofobiya ölkədə müntəzəm olaraq artır.
 
Belçika isə, məktəblərdə hicab qadağası və əhalisinin 62%-inin müsəlman qaçqınlara qarşı olması ilə bu siyahıya salınmışdır.
 

Google+ WhatsApp ok.ru