İslami Cihad Hərəkatı: İsrailin cinayətləri cavabsız qalmayacaq

İslami Cihad Hərəkatı: İsrailin cinayətləri cavabsız qalmayacaq

Fələstin İslami Cihad Hərəkatına bağlı Qüds Briqadaları, dünən gecə verdikləri açıqlamada, terror rejimi İsrailin cinayətlərinin cavabsız qalmayacağını bildiriblər.
 
Maide.Az  xarici KİV-ə  istinadən xəbər verir ki, Qüds Briqadaları verdikləri açıqlamada, müqavimətin məzlum Fələstin xalqını müdafiə etməyə davam edəcəyini bildirib.
 
İslami Cihad Hərəkatı və Fələstin Xalq Qurtuluş Cəbhəsi, Qəzza zolağında tətbiq olunan sanksiyalara son qoyulması və Böyük Qayıdış Yürüşü aksiyalarında bənzərsiz bir qəhrəmanlıq nümunəsi göstərərək Fələstin xalqının ruhunu əks etdirən Qəzza xalqına kömək olunmasına çağırıb.
 
İki hərəkat ötən gecə Qəzzada həyata keçirdikləri toplantıdan sonra verdikıəri ortaq bəyanatda i, pərakəndəliyə son verilməsi, açıq və dəqiq siyasi və təşkilati təməllər üzərində Fələstinin birlik və bütövlüyünün qorunmasına böyük əhəmiyyət verilməsinin lazım olduğunu vurğulayıblar. 
 
Bəyanatda, Fələstin xalqını tam olaraq təmsil edə biləcək Beynəlxalq Şuranın toplanması,  üzvlərinin isə demokrotik və şəffaf seçkilərlə müəyyənləşdirilməsi çağırışı edilib.
 
Bəyanatda həm də Oslo Müqaviləsinin ləğv edilməsi, işğalçı rejimin tanınması qərarının geri çəkilməsi və işğal qüvvələriylə aparılan təhlükəsizlik koordinasiyasına son verilməsi tələb edilir.
 
 

Google+ WhatsApp ok.ru