İslamiada bitdi: Azərbaycan neçə medal qazandı?

İslamiada bitdi: Azərbaycan neçə medal qazandı?

IV İslam Həmrəyliyi Oyunları bu gün, mayın 22-də başa çatıb.
 
Medal sıralamasına görə, Azərbaycan yarışmanın qalibi olub. Azərbaycan ümumilikdə 162 medal qazanıb. Həmin medalların 75-i qızıl olub.
 
Azərbaycan atletləri, habelə 50 gümüş, 37 bürünc medal qazanıblar.
 
Türkiyə atletləri daha çox medal qazansalar da onlar, qızılların sayından asılı olaraq sıralamanın ikinci pilləsində yer alıblar.
 
Türkiyə idmançıları 71 qızıl, 67 gümüş, 57 bürünc medal əldə ediblər. Medal sıralamasında 3-ü yerdə İran qərarlaşıb. Bu ölkənin atletlər 39 qızıl, 26 gümüş və 33 bürünc mükafat əldə ediblər.
 
IV İslam Həmrəyliyi Oyunlarında ümumilikdə 269 dəst medal qazanılıb.
 
Yarışa qatılan ölkələrdən 14-ü medal qazana bilməyib.
 
Rəsmi açılışı mayın 12-də olan IV İslam Həmrəyliyi Oyunlarının bu gün, mayın 22-də qapanış mərasimi keçiriləcək.
 
Yarışmada 54 ölkədən 3 mindən çox idmançı iştirak edib. Azərbaycanı oyunlarda 425 atlet təmsil edib. (azadliq.org)
 

Google+ WhatsApp ok.ru