İslamçılar İsrail səfirliyi qarşısında aksiya keçirdi, 26 nəfər saxlanıldı - VİDEO

İslamçılar İsrail səfirliyi qarşısında aksiya keçirdi, 26 nəfər saxlanıldı - VİDEO

-- Həbs edilənlər Yasamal rayonu 27-ci polis bölməsinə aparılıb.

Azərbaycan İslam Partiyasının bir qrup üzvü Beynəlxalq Qüds günü ilə əlaqədar Bakıdakı İsrail səfirliyi qarşısında aksiya keçirib. FaktXəbər-in verdiyi məlumata görə, aksiyada iştirak edən inanclılar ABŞ və İsrailin Qüdslə bağlı işğalçı siyasətinə etiraz ediblər.
 
Nümayişçilər "Məhv olsun ABŞ və İsrail", "Qüds müsəlmanların ilk qibləgahıdır", "Qarabağa və Qüdsə azadlıq" və başqa şüarlar səsləndiriblər.
 
Hüquq-mühafizə orqanları aksiya iştirakçılarından 26 nəfəri saxlayıb. Həbs edilənlər Yasamal rayonu 27-ci polis bölməsinə aparılıb.(faktxeber)
 

Google+ WhatsApp ok.ru