İsmayıllı rayonunda inkubator sexi yandı, quşlar tələf oldu

İsmayıllı rayonunda inkubator sexi yandı, quşlar tələf oldu

Ötən gecə İsmayıllı rayonunun Kürdmaşı kəndində vətəndaşa məxsus ümumi sahəsi 225 m2 olan inkubator sexinin yanar konstruksiyaları 25 m2 sahədə yanıb.
 
Maide.Az xəbər verilir ki, Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, inkubator sexinin içərisindəki ev quşları tüstüdən boğularaq tələf olub.
 
Sexin qalan hissəsi yanğından mühafizə edilib. Yanğın saat 05:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb. /

Google+ WhatsApp ok.ru