İspaniya La Liqası: “Barselona” - “Ueska” oyununda 10 qol vurulub

İspaniya La Liqası: “Barselona” - “Ueska” oyununda 10 qol vurulub

Sentyabrın 2-də İspaniya La Liqasının üçüncü turunun oyunları keçirilib.
 
Maide.Az "azərtac"a istinadla xəbər verir ki, son çempion “Barselona” öz meydanında debütant “Ueska”nı qəbul edib. Görüş 8:2 hesabı ilə kataloniyalıların qələbəsi ilə başa çatıb. Meydan sahiblərinin heyətində Lionel Messi və Luis Suares dubl ediblər. Digər qolları isə İvan Rakitiç, Usman Dembele, Jordi Alba, Jorge Polido (avtoqol) vurublar. Qonaqların isə Kastro Hernandes və Aleks Qallar fərqləniblər.
 
Turun digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:
 
“Levante” – “Valensiya” - 2:2
 
“Alaves” – “Espanyol” - 2:1
 
“Betis” – “Sevilya” - 1:0
 
“Xetafe” – “Real Valyadolid” - 0:0
 
“Eybar” – “Real Sosyedad” - 2:1
 
“Vilyareal” – “Jirona” - 0:1
 
“Selta Viqo” – “Atletiko Madrid” - 2:0
 
“Real Madrid” – “Leqanes” - 4:1.
 
Hazırda turnir cədvəlinə hesabında 9 xal olan “Barselona” və “Real Madrid” klubları başçılıq edirlər. Aktivində 7 xal olan “Selta Viqo” üçüncü pillədə qərarlaşıb.
 

Google+ WhatsApp ok.ru