İspaniyada dizel avtomobillərinə vergi tətbiq ediləcək

İspaniyada dizel avtomobillərinə vergi tətbiq ediləcək

İspaniya hökuməti 2019-cu ilin dövlət büdcəsi layihəsinə dizel mühərriki ilə işləyən avtomobillərə yeni vergi maddəsi daxil etmək niyyətindədir. Yeni vergi gələn ilin yanvarından tətbiq edilə bilər.
 
Maide.Az "azərtac"a istinadla xəbər verir ki, İspaniyanın sənaye, ticarət və turizm naziri Reyes Marotonun verdiyi məlumata görə, dizel nəqliyyatına yeni verginin tətbiqi atmosferə zərərli tullantıların azaldılması, ölkənin yollarında elektrik avtomobillərinin artması və gəlirlərin çoxaldılması istiqamətində həyata keçirilən tədbirlərlə bağlıdır.
 
Energetika Nazirliyində hələ yaz aylarında sözügedən verginin miqdarının 28,6 faiz olması təklifi irəli sürülüb.
 

Google+ WhatsApp ok.ru