İsrail 600-dən çox yeni yaşayış binası tikir

İsrail 600-dən çox yeni yaşayış binası tikir

Sionistlərin "haaretz" qəzeti yazır ki, sionist rejimi BMT-nın yeni qəbul etdiyi qətnamənin şərtlərini pozaraq Fələstinin işğal olunmuş ərazilərindən 618 yeni yaşayış binası tikəcək.
 
Maide.Az bildirir ki, İşğalçı sionist rejimi BMT-nın (Birləşmiş Millətlər Təşkilatı) TŞ-nın (Təhlükəsizlik Şurası) sionist İsrailin işğal edilmiş Fələstin ərazilərində və Qüdsdə şəhərsalma layihəsinin əleyhinə yeni qəbul etdiyi qətnamənin şərtlərini pozaraq Fələstinin işğal olunmuş ərazilərində "yaşıl xətt" boyunca 618 yeni yaşayış binası tikəcək.
 
Sionist rejim elan edib ki, bu yeni yaşayış binaları Beytul-Müəddəsin şərqində fələstinlilərə aid torpaqlarda tikiləcəkdir.
 
Yeni yaşayış binalarının tikilməsi planı cari həftənin 3-cü günü, Beytul-Müqəddəsin tikintisi komitəsi tərəfindən keçirilən iclasda təsdiq olunacaqdır.
 
Sionistlərin "haaretz" qəzeti iddia edib ki, bu layihə BMT-nın TŞ-nın qərarından öncə hazırlanmışdır.
 
Qeyd edək ki, BMT-nın (Birləşmiş Millətlər Təşkilatı) TŞ-nın (Təhlükəsizlik Şurası) sionist İsrailin işğal edilmiş Fələstin ərazilərində və Qüdsdə şəhərsalma layihəsinin əleyhinə keçən həftənin Cümə günü qətnamə qəbul etdi ki, bu qətnamə 14 müvafiq və 1 tərəfsiz (ABŞ) rəylə qəbul edildi.
 
Bu qətnamayə əsasən İsrail rejimi ən tez zamanda və kamil şəkildə işğal olunmuş Fələstin ərazilərində və Qüdsün şərqində şəhərsalma layihəsini dayandırmalıdır.
 
İşğalçı rejimin baş naziri Benyamin Netanyahu bu qətnamədən sonra demişdi ki, sionist rejim BMT-nin bu qətnaməsini qəbul etmir. (iqna) /

Google+ WhatsApp ok.ru