İsrail dinc fələstinliləri öldürməyi davam etdirir

İsrail dinc fələstinliləri öldürməyi davam etdirir

-- Dinc aksiyada iştirak edən 13 yaşlı fələstinli şəhid olub

İşğalçı İsrail rejim əsgərlərinin  Qəzza zolağında keçirilən dinc aksiyalara güc tətbiq etməsi nəticəsində  13 yaşlı fələstinli şəhid olub. 
 
Maide.Az “AA”a istinadən xəbər verir ki,  Fələstin Səhiyyə Nazirliyinin nümayəndəsi Əşrəf  əl-Kidra bildirirb ki,  dinc aksiya keçirən fələstinlilərə qarşı   işğalçı rejim  həqiqi güllə və gözyaşardıcı qazdan istifadə edib. 
 
"İsrail hərbçilərinin Xan-Yunis şəhərinin şərqində açdığı atəş nəticəsində 13 yaşlı fələstinli şəhid olub. Daha 310 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıblar. Onlardan 3-ü ağır vəziyyətdədir", - deyə nazirliyin rəsmisi agentliyə bildirib. 
 
O, əlavə edib ki, yaralılardan 6-ı uşaqdır.
 
 İsrail hərbçiləri Qəzzanın FƏləstinin işğal olunmuş ərazilərlə  sərhədindəki aksiyada ötən gün  2 min fələstinlinin iştirak etdiyini bildiriblər.
 
Qeyd edək ki, martın 30-dan başlayan Böyük qayıdış yürüşündə sionist İsrail rejimi qüvvələrinin dinc və müdafiəsiz xalqa atəş açması nəticəsində, indiyə qədər 142 fələstinli şəhid olub, 15 mindən çox insan yaralanıb.
 
 
 
 

Google+ WhatsApp ok.ru