İsrail fələstinlilərin yaşadığı kəndi 120-ci dəfə dağıtdı

İsrail fələstinlilərin yaşadığı kəndi 120-ci dəfə dağıtdı

Sionist İsrail əsgərləri ölkənin cənubundakı Nəcəf (Negev) çölündə yerləşən fələstinlilərin yaşadığı əl-Arakib kəndindəki evləri 120-ci dəfə söküb.

Maide.Az "Eastnews.org"-a istinadən xəbər verir ki, bu barədə Arakibi Müdafiə Komitəsinin üzvü Əziz ət-Turi açıqlama verib.

Ət-Turi açıqlamasında işğalçı İsrail qüvvələrinin bu gün səhər kəndə basqın təşkil etdiyini və "icazəsiz" olduğu iddiası ilə fələstinlilərə aid bütün evləri buldozerlə dağıtdığını söyləyib.

Sionist İsrailin Arakib kəndində 2010-cu ilin iyulundan bu yana 120-ci dəfə söküntü apardığını bildirən Turi, "Burada yaşamaq üçün mübarizəmizə davam edəcəyik. Nə qədər çox evlərimizi söksələr də, inşallah müqavimət göstərmə iradəmizi sındıra bilməyəcəklər. Biz bu torpaqların sahibiyik", - deyib.

Qeyd edək ki, Fələstinin işğal olunmuş əraziində yerləşən Arakib kəndində 87 fələstinli yaşayır. İşğalçı rejim rəhbərliyi kəndin qeyri-qanuni yollarla qurulduğunu və dağıdılması olduğunu iddia edir.

Kənd əhalisi isə bu torpaqların İsrailin yaranmasından xeyli əvvəl ulu babalarından onlara miras qaldığını vurğulayır. Kəndlilər işğalçı İsrail qüvvələrinin hər bir dağıntı prosesindən sonra taxta və plastik materiallarla evlərini yenidən inşa edərək, müqaviməti davam etdirir. İsrail  son olaraq 3 oktyabrda Arakib kəndində söküntü aparmışdı. Nəcəf bölgəsindəki kəndlərə elektrik və su kimi zəruri xidmətləri verməyən İsrail bölgədə yaşayan fələstinlilərin ərazi mülkiyyətini də tanımır.

Fələstin mənbələrinə görə, İsrail indiyə qədər 220 min fələstinlinin yaşadığı 12 milyon hektar Nəcəf çölünün 11 milyon hektarını ələ keçirib.

Google+ WhatsApp ok.ru