İsrail hərbçiləri 9 yaşlı uşağı həbs edib - Video

İsrail hərbçiləri 9 yaşlı uşağı həbs edib - Video

-- əl-Xəlil şəhərində

İşğalçı İsrail rejimi hərbçiləri Fələstinin əl-Xəlil şəhərində 9 yaşlı Ənəs adlı uşağı həbs edib.

Maide.Az "eastnews"-a isitnadən xəbər verir ki, işğalçı ordu hərbçilərinin azyaşlı uşağa qarşı zor tətbiq etdiyi və onu ordu düşərgəsinə apardığı bildirilir.

Hadisənin təfərrüatları açıqlanmır. Xatırladaq ki, İsrail hərbçiləri mütəmadi olaraq gənc və yeniyetmə fələstinliləri həbs edir və qətlə yetirir.

Qeyd edək ki, sionist rejim 2015-ci ildə Qüds intifadası  başlandığı gündən indiyədək  2 min fələstinli uşağı saxlayıb ki, onlardan hazırda 350-dən çoxu bu rejimin həbsxanalarındadır.   İşğalçı rejim fələstinli uşaqların hüquqularını  pozur və onlara qarşı cinayətlər törədir.  Rejim əsgərləri dəfələrlə  fələstinli uşaqları bilərəkdən güllə ilə vurub.

Google+ WhatsApp ok.ru