İsrail ordusu Fələstin rayonlarında 15 sakini evindən oğurlayıb

İsrail ordusu Fələstin rayonlarında 15 sakini evindən oğurlayıb

Bu gün səhər saatlarında işğalçı İsrail ordusu İordan çayının qərb sahilində yerləşən Fələstin rayonlarında 15 sakini evindən oğurlayıb.
 
Maide.Az "Felestin.info"-a istinadla xəbər verir ki, İsrail ordusu Rəmallah rayonunda sakinlərin evlərində və digər mülklərində zorakı axtarışlar aparıb.
 
İşğalçı ordu bildirib ki, əl-Cəlazun qaçqın düşərgəsində axtarış aparılarkən naməlum avtomobildən əsgərlərə tərəf qumbara atılıb, lakin xəsarət alan olmayıb.
 
İsrail ordusu əl-Xəlilin (Habrun) Surif qəsəbəsində fələstinli qadın yazıçı İsra Xızır Lafini də evindən çıxararaq həbs edib. İntensiv və zorakılıqla müşahidə olunan reydlər Beyt-Ula, Yətta məntəqələrini də əhatə edib, hərbçilər Habruna aparan yollara ağır bloklar düzərək nəqliyyatın hərəkətini iflic ediblər və gediş-gəlişi kəsiblər.
 
İşğalçı ordu tərəfindən evlərindən oğurlanmış 10 fələstinlinin şəxsiyyəti aşağıdakı kimi açıqlanıb:
Məhəmməd Nabil əl-Adil (Qalqiliyyə)
İsmail Cibril (Qalqiliyyə)
Rami Bədran (Tülkərm)
Mustafa Budeyr (Tülkərm)
Mötəsim Cavad Əbu Aliyə (Rəmallah, əl-Muğəyyir qəsəbəsi)
Mhəmməd Abid Əbu Aliyə (Rəmallah, əl-Muğəyyir qəsəbəsi)
İsra Xızır Lafi (Habrun, Surif)
Məhəmməd Samih Ğuneymət (Habrun, Surif)
Məhəmməd Heysəm Xətib (Qüds, Qalandiya qaçqın düşərgəsi)
Məhəmməd Nasir Möhsün (Qüds, Əbu Dis)
 

Google+ WhatsApp ok.ru