İsrail ordusu TRT-nin müxbirini həbs edib

İsrail ordusu TRT-nin müxbirini həbs edib

İşğalçı İsrail ordusu TRT kanalının fələstinli müxbiri İbrahim Rantisini həbs edib.
 
Maide.Az bildirir ki, FaktXəbər-in məlumatına görə, fələstinli müxbir İsrail əsgərləri tərəfindən İordan çayının Qərb sahilindəki evindən aparılıb.
 
Qeyd edək ki, İbrahim Rantisi son bir həftə ərzində İsrail təhüləsizlik qüvvələri tərəfindən həbs olunan 6-cı jurnalist olub.
 
Buna qədər İsrail qüvvələri iyulun 30-da "Əl-Qüds" televiziyası ilə əməkdaşlıq edən 4 müxbiri və 1 avqustda isə radioda işləyən jurnalisti saxlamışdı.
 

Google+ WhatsApp ok.ru